Niderlandın müdafiə naziri – NATO, alyans ölkələrinin hava məkanının pozulmasının yolverilməz olduğunu Rusiyaya aydın şəkildə deməlidir
NATO, alyans ölkələrinin hava məkanının pozulmasının yolverilməz olduğunu Rusiyaya aydın şəkildə deməlidir – bu haqda Niderlandın müdafiə naziri Ruben Brekelmans bildirib.
Niderlandın müdafiə naziri rus pilotsuz uçuş aparatları tərəfindən NATO-nun hava məkanının vaxtaşırı pozulmasında Rusiyanın müəyyən strategiyasını görür.
“İndi biz bilirik ki, bu, Rusiyanın strategiyasıdır – hər dəfə bir addım irəli getsin və kiçik addımlarla nə qədər irəli gedə biləcəyini yoxlasın. Ona görə də fikrimcə, bunun yolverilməz olduğunu aydın şəkildə bildirməliyik. Rusiya üçün mesaj aydın olmalıdır: NATO-nun hava məkanının pozulması yolverilməzdir” – Brekelmans bildirib.