Niderlandda keçirilən növbədənkənar parlament seçkilərində mərkəzçi liberal “Demokratlar 66” partiyası qalib gəlib
Niderlandda mərkəzçi liberal “Demokratlar 66” (D66) partiyası növbədənkənar parlament seçkilərinin qalibi elan edilib.
Ölkədə demək olar ki, bütün səslər sayılıb.
Yayılan məlumata görə, 38 yaşlı Rob Yettenin partiyası ultrasağçı Qeert Vildersin rəhbərlik etdiyi PVV-ni 15 min səslə qabaqlayır. Təxminən 18 faizlik nəticə ilə qalib gələn partiya çoxluq koalisiyasını formalaşdırmaq üçün ən azı üç tərəfdaşa ehtiyac duyacaq.
Rob Yetten Niderland tarixində ən gənc baş nazir olacaq. Qərb mediasının qiymətləndirməsinə görə, D66 əvvəlki seçkilərlə müqayisədə yerlərin sayını demək olar ki, üç dəfə artırıb. Buna partiyanın enerjili seçki kampaniyası və reklam xərclərinin artımı təkan verib.