Niderland Səhiyyə Nazirliyinin məlumatına görə, ötən həftə ölkədə rekord isti hava səbəbindən 480-ə yaxın insan həyatını itirib

20:19, 02.07.2026

Niderland Səhiyyə Nazirliyinin məlumatına görə, ötən həftə ölkədə rekord isti səbəbindən təxminən 480 insan həyatını itirib.

“Reuters”in yazdığına görə, 22-28 iyul da daxil olmaqla yüksək temperatur nəticəsində əsasən 80 və yuxarı yaşda olan insanlar dünyasını dəyişib. Onların məlumatına görə, halların əksəriyyəti Niderlandın cənub və şərq hissəsində, yəni hava temperaturunun ən yüksək olduğu bölgələrdə qeydə alınıb.

İsti hava dalğası zamanı Niderlandda havanın temperaturu 40 dərəcəyə çatıb ki, bu da ölkə üçün rekord göstəricidir.

Məlumat üçün bildirək ki, Ümumdünya Meteorologiya Təşkilatının bildirdiyinə görə, Avropada rekord dərəcədə yüksək temperatur növbəti günlərdə də davam edəcək. Alimlərin sözlərinə görə, Avropada iyunun 20-də başlayan isti hava dalğası qitədə indiyə qədər qeydə alınmış ən intensiv hava şəraitidir.

Oxşar