“New York Times” – Trampın qələbəsindən sonra Rusiya ilə mümkün danışıqlarda işğal olunmuş ərazilərin qaytarılmasından daha çox Ukrayna üçün təhlükəsizlik təminatları önəmli olacaq

18:47, 14.11.2024

ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampın qələbəsindən sonra Rusiya ilə mümkün danışıqlarda Rusiyanın işğal etdiyi ərazilərin qaytarılmasından daha çox Ukrayna üçün təhlükəsizlik təminatları vacib olacaq, – bu barədə nüfuzlu amerikan nəşri “New York Times” ukraynalı yüksək rütbəli məmurlarına istinadən yazır.

Nəşrin məlumatına görə, Ukraynanın ərazi sərhədləri ehtimal ki, hərbi əməliyyatlar nəticəsində müəyyənləşəcək və ehtimal olunan danışıqlarda ölkənin maraqlarının müdafiəsi atəşkəsin etibarlı olması üçün hansı təminatların veriləcəyindən asılı olacaq.

“Ərazi məsələsi çox vacibdir, lakin yenə də ikinci dərəcəlidir. Birinci məsələ təhlükəsizlik təminatlarıdır”, – ukraynalı yüksək rütbəli məmur amerikan nəşrinə bildirib.

Anonim yüksək rütbəli ukraynalı məmurun dediyinə görə, Kiyev üçün hər hansı müəyyən edilmiş atəşkəs xəttinin ölkənin iqtisadiyyatının bərpasına mane olmaması da vacibdir. Həmçinin, demilitarizasiya zonasının eni də həlledici olacaq.

Öz növbəsində, Ukraynanın Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin katibi Roman Kostenko bildirir ki, “Ukrayna üçün az-çox vacib məsələlər yoxdur”.

Kostenkonun dediyinə görə, Kiyev Rusiyanın işğal etdiyi ərazilərdən imtina etməyəcək.

“New York Times”ın yazdığı kimi, əvvəl Ukraynanın rəsmi şəxsləri uzun müddət ərzində sülh yolu ilə nizamlanması müqabilində Rusiyanın işğal etdiyi əraziləri verməyəcəklərini bildirirdilər, hərçənd, ABŞ-ın prezidenti olaraq Donald Trampın seçilməsindən sonra, Kiyev ən azı atəşkəs olacağı təqdirdə bölücü xəttin harada olacağına diqqət yetirdiyi qədər, təhlükəsizlik təminatlarına da diqqət yetirir.

Oxşar