“New York Times” – Rusiyanın hərbi qrup komandirləri Ukraynada nüvə silahından istifadəni müzakirə ediblər

19:01, 02.11.2022

 

Rusiyanın hərbi qrup komandirləri Ukraynada nüvə silahından istifadəni müzakirə ediblər-bu barədə “New York Times” nəşri yüksək rütbəli amerikalı rəsmilərə istinadən məlumat yayır.

KİV-in ABŞ hökumətindəki mənbələrinin məlumatına əsasən, Rusiyanın hərbi qrup komandirləri Rusiyanın Ukraynada taktiki silahlardan nə vaxt və necə istifadə edə biləcəyini müzakirə ediblər.

“New York Times” qəzeti yazır ki, Rusiya prezidenti Vladimir Putin müzakirələrdə iştirak etməyib, lakin məsələnin yüksək rütbəli hərbi məmurlar tərəfindən müzakirə olunmasının özü Ağ Evi narahat edib, çünki bu, rus generallarının Ukraynada ordularının uğursuzluğundan nə qədər məyus olduğunu göstərir.

Oktyabrın ortalarında Amerika kəşfiyyatı Rusiya hərbi qrup komandirlərinin nüvə silahından istifadənin müzakirəsi ilə bağlı məlumatı ABŞ hakimiyyətinə təqdim edib. Bununla belə, Amerika xüsusi xidmət orqanlarının bildirdiyinə görə, onlar rusların nüvə silahı ötürdüyünə və ya zərbəyə hazırlaşmaq üçün başqa taktiki tədbirlərə əl atdıqlarına dair dəlil görməyiblər.

Oxşar