“New York Times” – İsrail Ukraynaya İran PUA-ları ilə mübarizədə faydalı kəşfiyyat məlumatları verib

10:59, 24.10.2022

 

İsrail Ukraynaya İran PUA-ları ilə mübarizədə faydalı kəşfiyyat məlumatları verib. Bu barədə “New York Times” Ukrayna hökumətinin nümayəndəsinə istinadən yazır.

Nəşr Ukrayna hakimiyyətinə istinadən yazır ki, maneələrə baxmayaraq, ukraynalı hərbçilər hazırda Rusiyanın avqust ayında İrandan aldığı “Şahed-136” PUA-larının 70 faizindən çoxunu müntəzəm olaraq məhv edir. Ukrayna ilk belə təyyarəni sentyabrın 13-də ölkənin şərqində vurub və o vaxtdan ən azı 237 ədəd uçuş aparatını zərərsizləşdirib.

Kiyevə genişmiqyaslı hücumdan sonra Ukraynanın xarici işlər naziri Dmitro Kuleba İsrailə hava hücumundan müdafiə silahı üçün müraciət edib, İsrailin müdafiə naziri Beni Qants bunu rədd edib. Qants bildirib ki, İsrail hava hücumundan müdafiə silahları ilə deyil, erkən xəbərdarlıq sistemləri ilə təchiz edəcək.

Oxşar