“New York Times” – İens Stoltenberq Rusiya ilə tammiqyaslı müharibə imkanının real olduğunu açıqlayır

12:06, 10.12.2022

 

NATO-nun baş katibi İens Stoltenberq bildirib: “hər şey qaydasında getməyə bilər və Rusiya-NATO arasında tammiqyaslı müharibə ehtimalı realdır” Bu barədə Norveç televiziyasına müsahibəsində İens Stoltenberq açıqlayıb. Onun sitatını “New York Times” yayır.

NATO-nun baş katibi beynəlxalq ictimaiyyəti Ukrayna ətrafında vəziyyəti düzgün qiymətləndirməyə və səhvə yol verməməyə çağırıb.

“İşlər düzgün getməzsə, o zaman dəhşətli dərəcədə pis gedə bilər” -deyə Stoltenberq açıqlayıb və qeyd edib ki, NATO və Rusiya müharibəsi “real olaraq mümkündür”.

Oxşar