“New York Times” – Donald Tramp Castin Trüdoya ABŞ-Kanada sərhədinə yenidən baxmaq istədiyini bildirib
ABŞ prezidenti Donald Tramp Castin Trüdoya ABŞ-Kanada sərhədinə yenidən baxmaq istədiyini bildirib. Bu barədə “The New York Times” məlumat yayır.
Nəşrin məlumatına görə, ABŞ prezidenti və Kanadanın baş naziri fevralın 3-də iki dəfə tarif siyasətindən yayınmağın mümkünlüyü barədə danışıblar, hərçənd, söhbət təkcə tariflərdən getmirdi.
Nəşrə görə, Donald Tramp Castin Trüdoya bildirib ki, iki ölkə arasında sərhədin demarkasiyası razılaşmasına yenidən baxılmalıdır və o, sərhədlə bağlı yenidən danışıqlar aparmaq istəyir.
Trampın istinad etdiyi sərhəd müqaviləsi 1908-ci ildə imzalanıb və nəhayət, o zaman Britaniya hökmranlığı olan Kanada ilə ABŞ arasında beynəlxalq sərhədi müəyyən edib. Tramp bir sıra müqavilələrlə tənzimlənən iki ölkə arasında paylaşılan göl və çaylar məsələyə yenidən baxılmasını da qeyd edib.