“New York Times” – ABŞ, kəşfiyyat məlumatlarına görə Rusiya Baş Qərargah rəisinin yerləşdiyi obyektə ukraynalıların zərbə endirməsini dayandırmağa çalışıb

13:24, 18.12.2022

 

ABŞ, kəşfiyyat məlumatlarına görə Rusiya Baş Qərargah rəisinin yerləşdiyi obyektə ukraynalıların zərbə endirməsini dayandırmağa çalışıb-bu barədə Amerikanın “New York Times” nəşri anonim mənbələrə istinadən məlumat yayır.

Nəşrin yazdığına görə, “Amerika kəşfiyyatı hələ yazda Rusiya Baş Qərargahının rəhbəri Valeri Qerasimovun Ukraynada davam edən müharibənin cəbhə xəttinə getməyə hazırlaşdığı barədə məlumat əldə edib. Vaşinqton bu məlumatı ukraynalılardan gizlətməyə çalışıb, lakin bunu etmək mümkün olmayıb”.

Nəşrin yazdığı kimi, ABŞ Ukraynadan Qerasimovun olduğu qərargaha hücum etməməyi xahiş edib. Buna cavab olaraq Kiyev zərbənin artıq endirildiyini açıqlayıb.

Anonim mənbənin “New York Times” ilə söhbətində iddia etdiyi kimi, Vaşinqtonda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin ölümünün Rusiya ilə ABŞ arasında müharibəyə səbəb ola biləcəyini hesab ediblər.

İzium şəhərindəki rus hərbi qərargahına hücumla bağlı məlumat may ayında yayılıb. Həmin vaxt mətbuatda Qerasimovun zərbə nəticəsində yaralandığı barədə xəbərlər yayılmışdı, lakin bu xəbərləri heç kim təsdiqləməmişdi.

Oxşar