Nepalda fəlakət nəticəsində həlak olanların sayı 626-ya yüksəlib, 2400-dən çox insan isə itkin düşmüş hesab olunur

11:37, 29.08.2026

Nepalda təbii fəlakət nəticəsində həlak olanların sayı 626-ya yüksəlib, 2400-dən çox insan isə itkin düşmüş hesab olunur. Bu barədə “BBC” Nepalın Fəlakətlərin İdarə Olunması Qurumuna istinadən məlumat yayır.

Medianın məlumatına görə, bu göstərici Nepal polisinin bir müddət əvvəl yaydığı və ölənlərin sayının 616 olduğunu bildirən göstəriciyi üstələyir.

İtkin düşmüş şəxslərin sayı da əhəmiyyətli dərəcədə artıb.

Məlumat üçün bildirək ki, Nepalda təbii fəlakət avqustun 26-da buzlağın çökməsi nəticəsində baş verib. Bunun ardınca Nepal–Çin sərhədinin hər iki tərəfində yerləşən Himalay çaylarının vadilərində qaya parçaları, buz, palçıq və daş-çınqıldan ibarət güclü sel yaranıb.

Oxşar