Nensi Pelosi Tayvanı tərk edib
Nensi Pelosi Tayvanı tərk edib

 

ABŞ Konqresinin Nümayəndələr Palatasının rəhbəri Nensi Pelosinin təyyarəsi Tayvandan havaya qalxıb.

Səfər çərçivəsində Nensi Pelosi nümayəndə heyətinin tərkibində olan ABŞ Konqresinin beş üzvü ilə birlikdə Tayvan rəhbərliyi ilə görüşüb.

ABŞ Konqresinin Nümayəndələr Palatasının rəhbəri Asiya ölkələrinə səfərlərini davam etdirir və Tayvanda sonra Cənubi Koreyaya, oradan isə Yaponiyaya gedəcək.

Nensi Pelosi son 25 il ərzində Tayvana səfər edən ən yüksək vəzifəli amerikalı siyasətçi olub. Çin Pelosinin səfərini qınayıb və ölkənin xarici işlər nazirliyi bunun Tayvan boğazında sülh və sabitliyə ciddi zərər vuracağını bildirib.

Pekin Pelosinin səfərinə cavab olaraq ölçülər götürəcəyini vəd edib və bundan doğan nəticələrin məsuliyyətinin ABŞ və separatçı “Tayvanın Müstəqilliyi” qüvvələrinin üzərinə düşəcəyini bildirib.