Ned Prays – Taxıl İxracı Təşəbbüsündə Rusiyanın iştirakının dayandırılması qlobal ərzaq təhlükəsizliyinə dərhal və zərərli təsir göstərir
Taxıl İxracı Təşəbbüsündə Rusiyanın iştirakının dayandırılması qlobal ərzaq təhlükəsizliyinə dərhal və zərərli təsir göstərir-bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinqdə bildirib. O, bildirib ki, Taxıl Sazişi ilə bağlı qeyri-müəyyənlik ərzaq məhsullarının qiymətinin artmasına səbəb olub.
“Təşəbbüsün istənilən uğursuzluğu ərzaq qiymətlərinin kəskin artması, Qara dəniz marşrutlarına qayıdan sığorta şirkətlərinin və kommersiya daşıyıcılarının inamının azalması və aşağı gəlirli ölkələr üçün əlavə çətinliklər riski daşıyır” – deyə Ned Prays bildirib.
ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib ki, bu, Rusiya və Ukrayna arasında ikitərəfli məsələ deyil. Praysın qeyd etdiyi üzrə, saziş çərçivəsində ixrac edilən buğdanın 66 faizi inkişaf etməkdə olan ölkələrə, 19 faizi isə ən az inkişaf edən ölkələrə gedib.