Ned Prays – Çində koronavirusa yoluxma hallarının sayı bütün dünya üçün narahatlıqvericidir

21:47, 20.12.2022

 

Çində koronavirusa yoluxma hallarının sayı Çinin ÜDM və iqtisadiyyatının ölçüsünü nəzərə alarsaq, bütün dünya üçün narahatlıqvericidir-bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays açıqlayıb.

Prays bildirib ki, istənilən zaman virus yayılsa, onun mutasiyaya uğrama riski bütün dünyada artır.

“Bu virusun bir çox mutasiyasını görmüşük. Bu, “Covid-19″ ilə mübarizədə dünyanın müxtəlif ölkələrinə kömək etməyə bu qədər fokuslanmağımızın səbəblərindən biridir” -deyə Prays açıqlayıb.

Çin son dövrlərdə, “Covid-19” səbəbiylə ilk ölüm hadisəsinin bu həftə qeydə alınması barədə xəbər yaydı. Rəsmi məlumatlara gəlincə, Çin hökumətinin rəsmi versiyasına görə, ümumilikdə 5237 nəfər virus səbəbilə həyatını itirib.

Oxşar