Ned Prays - Belarus tərəfindən Ukraynaya qarşı müharibədə Rusiyaya kömək göstərilsə, Vaşinqton Minskə əlavə sanksiyalar tətbiq edəcək
Ned Prays - Belarus tərəfindən Ukraynaya qarşı müharibədə Rusiyaya kömək göstərilsə, Vaşinqton Minskə əlavə sanksiyalar tətbiq edəcək

 

Belarus tərəfindən Ukraynaya qarşı müharibədə Rusiyaya kömək göstərilsə, Vaşinqton Minskə əlavə sanksiyalar tətbiq edəcək-bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinqdə açıqlayıb.

“Belarusun Putinin Ukraynadakı müharibəsinə əlavə dəstək göstərib-göstərməyəcəyini çox diqqətlə izləyəcəyik. Əgər bunun potensialını görsək, Lukaşenko rejiminə Putinin Ukraynaya qarşı müharibəsində mahiyyətcə şəriklik etdiyinə görə bədəl ödətmək məqsədilə əlavə tədbirlər görmək üçün müvafiq cavab verəcəyik” -deyə Ned Prays açıqlayıb.

Dövlət Departamentinin nümayəndəsi Vladimir Putinin Rusiyanın heç kəsi “udmaq” fikrində olmadığı barədə bəyanatına da cavab verib. Ned Prays bu bəyanatı “indiki məqamda dinc qonşunu zorakılıqla “udmağa” çalışan” liderin istehzasının zirvəsi adlandırıb.