"NBC News" - Qəzzada mövcud aclıqla bağlı telefon danışığı zamanı Donald Tramp Benyamin Netanyahunun üzərinə qışqırırdı
"NBC News" - Qəzzada mövcud aclıqla bağlı telefon danışığı zamanı Donald Tramp Benyamin Netanyahunun üzərinə qışqırırdı

Qəzzada mövcud aclıqla bağlı telefon danışığı zamanı Donald Tramp Benyamin Netanyahunun üzərinə qışqırırdı. Bu barədə “NBC News” məlumat yayır.

Medianın məlumatına görə, iyulun 28-də İsrailin Baş naziri ilə ABŞ Prezidentinin telefon danışığı, Ağ Evin ABŞ və İsrailin dəstəklədiyi Qəzza Humanitar Fondunun fəaliyyətinə dair narahatlığı fonunda mübahisəyə və qışqırığa çevrilib.

Nəşrin məlumatına görə, Tramp ilə Netanyahunun arasında son dövrdə artan gərginlik 27 iyulda başlayıb. Həmin vaxt Netanyahu bildirdi ki, Qəzzada aclıq siyasəti aparılmır və orada aclıq mövcud deyildi.

Trampa Şotlandiyaya səfərinin ikinci günü bu bəyanat barədə sual verildikdə, o, Netanyahunun mövqeyini təkzib edib. Tramp deyib ki, o, Qəzzada çox ac görünən uşaqların şəkillərini görüb və orada həqiqi aclıq var, bunu saxtalaşdırmaq mümkün deyil.

Bundan sonra Netanyahu Trampla telefon danışığı istəyib.

“NBC News”un məlumatına görə, Netanyahu telefonla Trampa deyib ki, Qəzzada genişmiqyaslı aclıq reallıq deyil və bunu “Həmas” uydurub. Məlumatlı mənbənin dediyinə görə, Tramp Netanyahunun sözünü kəsib və qışqırmağa başlayıb, çünki o, aclığın saxta olduğunu və köməkçilərinin ona uşaqların aclıqdan öldüyünə dair sübutlar göstərdiyini eşitmək istəməyib.