"NBC News" - Pentaqon Yaxın Şərqə əlavə qüvvələr göndərməyə hazırlaşır
Pentaqon Yaxın Şərqə əlavə qüvvələr göndərməyə hazırlaşır.
Bu barədə “NBC News” bir rəsmi şəxsə istinadən məlumat yayır.
Onların məlumatına əsasən, əlavə qüvvələrə təyyarədaşıyan gəmi, əlavə təyyarələr və hava hücumundan müdafiə sistemləri daxildir.
Bununla yanaşı, medianın məlumatına əsasən, peyk şəkillərindən görünür ki, ABŞ-ın dəniz qüvvələrinin gəmisi USS Abraham Lincoln Yaxın Şərq istiqamətində hərəkət edir.
“NBC News”un məlumatına əsasən, əlavə qüvvələr regionda artıq mövcud olan ABŞ-ın aktivlərini gücləndirəcək, çünki gərginlik yüksək qalır və Donald Tramp hərəkət variantlarını müzakirə edir.
Həmçinin rəsmi şəxs qeyd edib ki, İran bölgədəki ABŞ aktivlərinə və ya müttəfiqlərinə hücum edərsə, ABŞ qüvvələri hərbçilərin hazırlığını təmin edəcək.