“NBC News” – Donald Tramp Venesuela ilə müharibəni istisna etmir
“NBC News” – Donald Tramp Venesuela ilə müharibəni istisna etmir

ABŞ prezidenti Donald Tramp Venesuela ilə müharibəni istisna etməyib, – bu barədə Donald Tramp “NBC News”la telefon müsahibəsində bildirib.

ABŞ prezidenti son hərəkətlərin müharibəyə gətirib çıxara biləcəyi ehtimalını istisna edib-etməməsi barədə suala cavab olaraq bunun mümkün olduğunu bildirib.

“Mən bunu istisna etmirəm. Bu, vəziyyətdən asılıdır. Onlar elə səhlənkardırlar ki, dənizçilik fəaliyyətini davam etdirsələr, bizim limanlarımızdan birinə geri qayıdacaqlar”, – Donald Tramp bəyan edib.

ABŞ prezidenti son məqsədinin Venesuela prezidenti Nikolas Maduronu vəzifədən uzaqlaşdırmaq olub-olmadığını dəqiqləşdirməyib.

“O, mənim nə istədiyimi dəqiq bilir. Bunu ən yaxşı o bilir”, – Donald Tramp qeyd edib.

Məlumat üçün bildirək ki, dekabrın 17-də ABŞ prezidenti Donald Tramp Venesuelaya daxil olan və çıxan bütün sanksiyaya məruz qalmış neft tankerlərinin tam blokadaya alınmasını əmr edərək, ölkə prezidenti Nikolas Maduroya təzyiqi artırıb. Bununla yanaşı, ABŞ bir müddət əvvəl Venesuela sahilləri yaxınlığında neft tankerini ələ keçirib.