„NBC News“ - ABŞ, İranla müharibəyə başlamaq qərarını, Cenevrədə keçirilən son danışıqlardan sonra, İranın xarici işlər naziri Amerika nümayəndə heyətinin üzvlərinə qışqırdığı zaman verdi
ABŞ İranla müharibəyə başlamaq barədə son qərarını Cenevrədə keçirilən və yaxşı nəticə ilə başa çatmayan danışıqlardan sonra qəbul etdi, – bu barədə “NBC News” yazır.
Amerika mediasının qeyd etdiyi kimi, Amerika nümayəndə heyəti İranın növbəti on il ərzində uranı zənginləşdirə bilməyəcəyi ilə bağlı mövqeyini bildirəndə, İranın xarici işlər naziri tərəfindən kifayət qədər sərt reaksiya gəldi.
Əraqçi Amerika nümayəndə heyətinin tələblərini eşitdikdən sonra Cared Kuşner və Stiv Uitkoffa qışqırmağa başladı və İranın uranı zənginləşdirmək üçün ayrılmaz hüququ olduğunu bildirdi. Uitkoff isə cavab olaraq Amerikanın İranı dayandırmaq hüququna malik olduğunu bildirdi.
Medianın məlumatına görə, qışqırıqdan sonra Uitkoff Əraqçiyə müraciət edib: “İstəyirsinizsə, gedə bilərəm”, – deyib, buna İran tərəfi cavab verməyib.
“NBC News”un məlumatına görə, Kuşner və Uitkoff hadisəni Trampa bildiriblər və ABŞ prezidenti buna təəccüblənib.