“NBC” Co Baydenin fevralın 24-də Avropaya səfər etməyi planlaşdırdığı barədə məlumat yayır

21:36, 26.01.2023

 

“NBC” televiziya şirkəti bir neçə mənbəyə istinadən Co Baydenin Avropaya mümkün səfəri ilə bağlı məlumat yayır. Teleşirkətin versiyasına görə, Amerika Birləşmiş Ştatlarının Prezidenti fevralın 24-də Avropaya səfər etməyi planlaşdırır.

Xatırladaq ki, fevralın 24-də Rusiyanın Ukraynaya təcavüzündən dəqiq bir il keçir. Amerika mediası Baydenin Avropaya mümkün səfərinin məhz bu tarixlə bağlı olmasına dair məlumat yayır.

“NBC” teleşirkətinin məlumatında Co Baydenin səfər edəcəyi bir neçə ölkənin nəzərdən keçirildiyi deyilir. Onlar arasında Polşa da var.

Oxşar