NATO Şimali Avropa Müdafiə Əməliyyat Baş Qərargahını Hollandiyadan ABŞ-a köçürəcək
NATO Şimali Avropa Müdafiə Əməliyyat Baş Qərargahını Hollandiyadan ABŞ-a köçürəcək

NATO Şimali Avropa Müdafiə Əməliyyat Baş Qərargahını Hollandiyadan ABŞ-a, Norfolkdakı qərargahına köçürəcək.

Hərbi alyans bu addımı “Avro-Atlantik regionun möhkəmləndirilməsi” zərurəti ilə izah edir.

Onların sözlərinə görə, NATO-nun rəqibləri bütün dünyaya yayılıb və buna görə Avroatlantik regionun və ittifaqın Şimaldakı mövqelərinin mümkün qədər möhkəmləndirilməsi həyati əhəmiyyət kəsb edir.

Qeyd etmək lazımdır ki, NATO-nun Norfolkdakı qərargahı artıq Atlantik okeanı, Arktika, Qrenlandiya, İslandiya, Norveç və Böyük Britaniyanın təhlükəsizliyini təmin edir. İndi bu siyahıya Danimarka, İsveç və Finlandiya qoşulacaq.