NATO-nun sammitində NATO-Gürcüstan Komissiyasının iclası keçiriləcək
NATO-nun sammitində NATO-Gürcüstan Komissiyasının iclası keçiriləcək, bu məsələ ilə bağlı artıq qərar verilib, – bu barədə məlumatı Cənubi Qafqaz və Mərkəzi Asiyada NATO baş katibinin xüsusi nümayəndəsi Ceyms Appaturai Birinci Kanala eksklyuziv olaraq verdi.
Onun dediyinə görə, bu mərhələdə, NATO-Gürcüstan komissiyasının iclasının hansı formada keçiriləcəyi barədə fəal müzakirələr aparılır.
Appaturayın qeyd etdiyinə görə, iclas Xarici və ya Müdafiyə nazirlərinin və ölkə başçılarının səviyyəsində keçiriləcək.
“Ümid edirəm ki, komissiya iclası yüksək səviyyədə keçiriləcək, ancaq yenə də son qərarı gözləyək.
Düşünürəm ki, Gürcüstanın əldə etdiyi tərəqqiyi mütləq dəyərləndirməliyik və keçdiyimiz yolun nə qədər ağır olduğunu xatırlamalıyıq.
NATO-nun gələcək üzvlüyü üçün Gürcüstanın hərşeyi var” – dedi Ceyms Appaturai.