NATO Parlament Assambleyasının yaz sessiyası çərçivəsində ABŞ-da Gürcüstan Parlamentinin nümayəndə heyəti Türkiyənin parlament nümayəndə heyəti ilə görüş keçirdi
ABŞ-ın Ohayo ştatının Dayton şəhərində, 22–26 may tarixlərində keçirilən NATO Parlament Assambleyasının 2025-ci il yaz sessiyası çərçivəsində, Gürcüstan Parlamentinin daimi nümayəndə heyəti Givi Mikanadzənin rəhbərliyi ilə Mövlud Çavuşoğlunun rəhbərlik etdiyi Türkiyə Parlament nümayəndə heyəti ilə rəsmi görüş keçirdi. Bu barədə Gürcüstan parlamenti məlumat yayır.
Parlamentin məlumatına görə, görüş zamanı tərəflər Qara dəniz regionunda bir sıra təhlükəsizlik çağırışlarını müzakirə ediblər. Gürcüstan və Türkiyə arasında strateji tərəfdaşlığa xüsusi diqqət yetirilib.
“Görüşdə geosiyasi dəyişikliklər fonunda ikitərəfli və çoxtərəfli parlament formatları çərçivəsində tərəfdaşlığın davam etdirilməsinin zəruriliyi vurğulanıb.
Gürcüstan parlament nümayəndə heyətinin rəhbəri Givi Mikanadzenin bildirdiyinə görə, ikitərəfli əməkdaşlıq regional sabitlik üçün kritik əhəmiyyətə malikdir. Bu cür görüşlər iki ölkənin parlamentləri arasında parlament diplomatiyasının dərinləşdiyini bir daha nümayiş etdirir.
Mövlud Çavuşoğlu Türkiyənin Gürcüstanın ərazi bütövlüyü və Avro-Atlantik inteqrasiyasına güclü dəstəyini ifadə edib.
Görüşdə Gürcüstanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri: Avropa İnteqrasiya Komitəsinin sədri Levan Maxaşvili və Xarici Əlaqələr Komitəsinin sədrinin birinci müavini Mariam Laşxi iştirak edirdilər”, – deyə parlamentin yaydığı məlumatda deyilib.