NATO Parlament Assambleyası Rusiyanı terrorçu dövlət kimi tanıdı
NATO Parlament Assambleyası Rusiyanı terrorçu dövlət kimi tanıdı. Müvafiq qətnamə NATO Parlament Assambleyasının Madriddə keçirilən illik sessiyasında qəbul edilib. Assambleya üzvləri yekdilliklə sənədi dəstəkləyiblər.
“Europeyskaya Pravda”nın yazdığı üzrə, qətnamə Rusiya rejimini hərbi cinayətlərə görə cəzalandırmaq üçün xüsusi tribunalın yaradılmasına da çağırır.
“Biz həmçinin hökumətimizi Ukraynanın NATO-ya qəbulu ilə bağlı növbəti addımları atmağa çağırırıq. Biz Rusiyanın Ukraynanın suveren ərazilərini ilhaq etmək üçün heç bir qanunsuz cəhdini tanımadığımızı dəfələrlə bildirmişik” -deyə NATO Parlament Assambleyasının prezidenti Cerri Konoli bildirib.
Ukraynanın NATO Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin sədri Yeqor Çernev tribunal vasitəsilə təkcə hərbi cinayətlərin birbaşa icraçılarının deyil, həm də Rusiyanın ali rəhbərliyinin mühakimə edilə bilinəcəyini qeyd edib.
“Bu qətnamənin qəbulu Qərb parlament dairələrindəki əhval-ruhiyyəni əks etdirən mühüm siyasi addımdır, bu səbəbdən qərar qəbul edərkən ölkə rəhbərliyinə təsir göstərir” -deyə Çernev “Facebook” sosial şəbəkəsində yazır.