NATO-nun Vaşinqton sammiti çərçivəsində İlia Darçiaşvili ABŞ dövlət katibinin müavini Con Bassla görüşüb
NATO-nun Vaşinqton sammiti çərçivəsində Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili ABŞ dövlət katibinin müavini Con Bassla görüşüb. Darçiaşvili bu haqda məlumatı sosial şəbəkə vasitəsilə yayır.
“Con Bassla çox maraqlı fikir mübadiləsi apardım. Ölkələrimizin ümumi dəyərləri və prinsipləri olduğu üçün mən Gürcüstan-ABŞ strateji tərəfdaşlığının əhəmiyyətini vurğuladım. Mən Gürcüstanın Avropa İttifaqına və Avro-Atlantik gələcəyə sadiqliyini bir daha təsdiqlədim və ölkələrimiz arasında əlaqələrin daha da gücləndirilməsi üçün hazır olunduğunu bildirdim” – deyə Darçiaşvili yazır.