NATO-nun illik nüvə təlimləri gələn həftə başlayacaq və həmin təlimlərə Niderland ev sahibliyi edəcək
NATO-nun illik nüvə təlimləri gələn həftə başlayacaq və həmin təlimlərə Niderland ev sahibliyi edəcək

NATO-nun illik nüvə təlimləri gələn həftə başlayacaq. “Steadfast Noon” adlanan təlimlərə Niderland ev sahibliyi edəcək. Təlimlərə 14 ölkədən 71 ədəd aviasiya vasitəsi cəlb olunacaq.

NATO-nun baş katibi Mark Ruttenin dediyi kimi, təlimlər istənilən potensial rəqibə aydın mesaj olacaq: “Biz bütün müttəfiqləri bütün təhdidlərdən qoruya bilərik və qoruyuruq.”

“Bunu etməliyik, çünki bu, nüvə çəkindirmə qabiliyyətimizin mümkün qədər etibarlı, təhlükəsiz və effektiv qalmasını təmin edir,” – Rutte deyib.

Bununla yanaşı, NATO-nun nüvə siyasəti üzrə direktoru Cim Stokss Brüsseldə mediaya bildirib ki, “Steadfast Noon” təlimləri rutin xarakter daşıyır və dünyada davam edən heç bir real hadisə ilə əlaqəli deyil.

Təlimlər əsasən Niderlandın Volkel aviabazasinda keçiriləcək, həmçinin Belçika, Britaniya və Danimarkadakı aviabazalarda da təşkil olunacaq.