NATO-nun baş katibi Türkiyəyə səfər edib
NATO-nun baş katibi Mark Rutte Türkiyəyə səfər edib.
Ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Ruteni Ankaradakı prezident sarayında ev sahibliyi edib. Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan və müdafiə naziri Yaşar Gülər də iştirak edirdi.
Alyansın baş katibi təyin olunmasından sonra bu, Mark Ruttenin Türkiyəyə ilk səfəridir.
Niderlandın sabiq baş naziri Mark Rutte NATO-nun 14-cü baş katibi vəzifəsinə oktyabr ayında gəlib. O, bu postda Yens Stoltenberqi əvəzləyib. Türkiyə Alyansa 1952-ci ildə üzv olub.