NATO-nun baş katibi – ABŞ-ın İrana endirdiyi zərbələr beynəlxalq hüququn pozulması demək deyildi
NATO-nun baş katibi Mark Rutte-nin söylədiyinə görə, ABŞ-ın İran ərazisində həyata keçirdiyi zərbələr beynəlxalq hüququn pozulması olmayıb. Bu barədə Rutte Haaqada, NATO sammiti öncəsi keçirilən mətbuat konfransında bildirib.
Jurnalist ondan ABŞ-ın zərbələrinin beynəlxalq hüquqa uyğun olmadığını söyləyən Norveçin Baş naziri Yonas Qar Störenin bəyanatına şərh verməsini xahiş edib.
Ruttenin söylədiyinə görə, onun ən böyük qorxusu İranın nüvə silahına sahib olmasıdır.
“Buna görə də NATO-nun mövqeyi ondan ibarətdir ki, İran bu silaha malik olmamalıdır. Mən bu zərbələrin beynəlxalq hüquqa zidd olması ilə razılaşmıram”, – Rutte bildirib.
Bundan əvvəl Norveçin baş naziri Amerikanın İranın nüvə obyektlərinə hücumunun beynəlxalq hüququn pozulması olduğunu bildirib.