NATO-da bildirirlər ki, Rumıniyanın hava məkanında vurulan dron, Rusiyaya məxsus olduğu ehtimal edilir
FILE PHOTO: A NATO flag is seen at the Alliance headquarters ahead of a NATO Defence Ministers meeting, in Brussels, Belgium, October 21, 2021. REUTERS/Pascal Rossignol
NATO-da bildirirlər ki, Rumıniyanın hava məkanında vurulan dron, Rusiyaya məxsus olduğu ehtimal edilir.
Avropada NATO Müttəfiq Silahlı Qüvvələrinin Ali Baş Komandanlığının mətbuat katibi, amerikalı polkovnik Martin O’Donnellin bildirdiyinə görə, hadisə ilə bağlı istintaq davam edir, lakin mövcud məlumata əsasən, dron ehtimal ki, Rusiya mənşəli olub.
Rumıniya Müdafiə Nazirliyi dronun mənşəyini dəqiqləşdirməyib. Qurumun məlumatına görə, pilotsuz uçuş aparatı Moldovadan Rumıniya ərazisinə, ölkənin cənub-şərqində yerləşən Qalats şəhərindən təxminən 24 kilometr aralıda daxil olduqdan sonra aşkar edilib.
NATO nümayəndəsinin bildirdiyinə görə, alyans daimi olaraq hazır vəziyyətdədir və istənilən təhdidə qarşı özünü müdafiə etməyə hazırdır.
Rumıniya xarici işlər naziri Oana Tsoyunun bildirdiyinə görə, Buxarest hadisə ilə bağlı NATO müttəfiqlərini məlumatlandırıb.
Məlumat üçün bildirək ki, bu gün sübh çağı Rumıniya ölkənin hava məkanını pozan dronu vurub. Rumıniya Müdafiə Nazirliyinin bildirdiyinə görə, ölkənin hava məkanına daxil olan pilotsuz uçuş aparatı İspaniyaya məxsus F-18 tipli qırıcı təyyarə ilə vurulub. Bu, cari ildə Rumıniya tərəfindən vurulan artıq dördüncü pilotsuz uçuş aparatıdır.