NATO-da bildirirlər ki, alyans müttəfiqlərin ərazisini və xalqını qorumaq üçün hər hansı mümkün təhdidə cavab verməyə 24/7 rejimində hazırdır

16:18, 14.08.2026

“NATO bizim ərazimizi və xalqımızı qorumaq üçün hər hansı mümkün təhdidə hər gün, 24/7 rejimində cavab verməyə hazırdır və buna qadirdir”, – bu barədə NATO-nun mətbuat katibi Elison Hart sosial şəbəkədə yazır.

NATO sözçüsü Latviya və Rumıniya hava məkanında baş verən dronlarla bağlı hadisələrə münasibət bildirir.

“NATO hava məkanının qorunmasını təmin edir. Bu gün səhər Litvada yerləşən İtaliyaya məxsus “Eurofighter” və Estoniyadan fəaliyyət göstərən Türkiyəyə məxsus “F-16” qırıcıları havaya qalxıb. “Eurofighter” qırıcılarından biri Latviya hava məkanında dron vurub. Dünən isə Ukrayna sərhədi yaxınlığında, Rumıniya hava məkanına dronların daxil olmasından sonra Rumıniyanın “F-16” və İspaniyanın “F-18” qırıcıları havaya qaldırılıb”, – NATO-nun mətbuat katibi yazır.

Xatırladaq ki, Latviya Silahlı Qüvvələrinin məlumatına görə, müttəfiqlərin qırıcıları ölkənin hava məkanına daxil olan dronu uğurla zərərsizləşdiriblər.

Oxşar