Gürcüstan Milli Bankının prezidenti vəzifəsini icra edən Natia Turnava Xorvatiya Mərkəzi Bankının prezidenti Boris Vuçiç ilə görüş keçirdi.
Milli Bankın məlumatına əsasən, söhbətdə Gürcüstanda makroiqtisadi tendensiyalar və maliyyə sabitliyi məsələlərinə, Həmçinin, Avropa İttifaqı standartlarına tam uyğun gələn Milli Bankın monetar və nəzarət siyasətinin mövcud təcrübəsinə toxunuldu.
Mərkəzi Bankın rəhbərləri Gürcüstanın Avropa İttifaqına inteqrasiyası baxımından əldə edilən irəliləyişi və bu məqsədlə planlaşdırılan gələcək layihələri müzakirə etdilər.
Görüşdə deyildiyi kimi, Gürcüstan Milli Bankı daim prosesləri yaxşılaşdırmaya və əməliyyatları şaxələndirməyə çalışır, bunun üçün isə müxtəlif ölkələrin mərkəzi bankları ilə fəal əməkdaşlıq edir.
Natia Turnava Gürcüstanın Vahid Avro Ödənişlər Sisteminə (SEPA) üzv olmasının vacibliyinə diqqət çəkdi və qeyd etdi ki, pul köçürmələrinin axınının artması Gürcüstan və Avropa İttifaqı arasında səmərəli ödəniş sistemlərinə ehtiyac olduğunu göstərir.
Tərəflər iki ölkənin mərkəzi bankları arasında digər birgə təşəbbüslər barədə də müzakirə etdilər.
Natia Turnava və Boris Vuçiç arasında görüş Avstriya Mərkəzi Bankının təşkil etdiyi və bu il Avropa iqtisadi inteqrasiyası mövzusuna həsr olunmuş illik beynəlxalq konfrans çərçivəsində baş tutdu.