Natia Turnava Reykyavik Beynəlxalq İqtisadi Konfransında iştirak edir
Gürcüstan Milli Bankının prezidenti Natia Turnava İslandiya Mərkəzi Bankı tərəfindən və Şimal-Qərb Universitetində Beynəlxalq Makro İqtisadiyyat Mərkəzi ilə əməkdaşlıq çərçivəsində hər il keçirilən Reykyavik İqtisadi Konfransında iştirak edir.
İllik Reykyavik İqtisadi Konfransında müxtəlif ölkələrin mərkəzi banklarının rəhbərləri iştirak edirlər. Onların arasında İngiltərə Bankının rəhbəri Endryu Beyli, Nyu-York Federal Ehtiyat Sisteminin prezidenti Con Uilyams, həmçinin İslandiya, Monteneqro, Çin, Danimarka və Avropa İttifaqının digər mərkəzi banklarının prezidentləri və vitse-prezidentləri var.
İki gün davam edəcək görüşün əsas müzakirə mövzuları makroiqtisadi təhlil və siyasətin çağırışları, həmçinin, müasir reallıqda mərkəzi bankların dəyişən roludur.
İqtisadi konfransın məqsədi riskləri azaltmaq, sabitliyi və iqtisadi artımı təşviq etməkdir.
Sessiyalar çərçivəsində konfrans iştirakçıları makroiqtisadi siyasətdə mövcud çağırışları və geosiyasətin beynəlxalq ticarətə təsirini müzakirə edəcəklər.
Beynəlxalq konfrans çərçivəsində Natia Turnava “Maliyyə sabitliyi və faiz dərəcələrinin azaldılması dövrü” mövzusunda panel müzakirəsində iştirak edəcək.
Məlumatı Milli Bank yayır.