Natia Turnava - Ölkəmizdə mövcud olan sabit vəziyyət və sülh amerikalı investorlar üçün cəlbedicidir
Biz Gürcüstanda yeni investorlar gözləyirik və istər real iqtisadiyyat, istərsə də maliyyə sektorunda bu tendensiyaları görürük, – bu barədə Gürcüstan Milli Bankının prezidenti Natia Turnava BVF(Beynəlxalq Valyuta Fondu) və Dünya Bankının ABŞ-da keçirilən yaz görüşləri çərçivəsində bir qrup amerikalı investorla görüşünü qiymətləndirərkən bildirib.
Natia Turnavanın dediyinə görə, görüşlər artıq Gürcüstanın kapital bazarında fəaliyyət göstərən, xəzinə istiqrazları alan və investisiyalar edən bir sıra tanınmış investisiya fondları ilə keçirilib. Bir hissəsi dünyanın müxtəlif ölkələrini müşahidə edən və əlverişli investisiya mühiti axtaran yeni investorlardır.
Natia Turnavanın qeyd etdiyi kimi, ölkəmizdəki sabit vəziyyət və sülh amerikalı investorlar üçün cəlbedicidir və çox vacib olan odur ki, investorlar daha az riskli ölkələrə investisiya qoymaq üçün yerlər axtarırlar.
Onun bildirdiyinə görə, amerikalı investorlarla çox maraqlı söhbət baş tutub. Gürcüstanda davam edən infrastruktur layihələrinin yaratdığı sabit makroiqtisadi parametrlər və mövcud perspektivlər yeni investorlara yüksək gəlir əldə etmək imkanı verir, eyni zamanda inflyasiya və ya hər hansı iqtisadi şokların yaranması ehtimalını azaldır.
Məlumatı Milli Bank yayır.