Natia Turnava – Gürcü bankları tərəfindən “Nasdaq Calypso” platformasının tətbiq edilməsinin məqsədi maliyyə sektorunun inkişafının növbəti mərhələsinə töhfə verməkdir

18:32, 30.07.2026

Beynəlxalq maliyyə nəşri “The Banker” Gürcüstanın beş ən böyük kommersiya bankı tərəfindən “Nasdaq Calypso” sisteminin tətbiq edilməsi ilə bağlı Gürcüstan Milli Bankının prezidenti Natia Turnava ilə müsahibə dərc edib. Bu barədə Milli Bank məlumat yayır.

Gürcüstan Milli Bankının prezidenti Natia Turnavanın “The Banker” nəşrinə bildirdiyinə görə, layihənin məqsədi sürətlə böyüyən, lakin xarici şoklara qarşı həssas (təsirəaçıq) olan kiçik açıq iqtisadiyyatda maliyyə sektorunun inkişafının növbəti mərhələsinə dəstək olmaqdır.

Natia Turnavanın bildirdiyinə görə, Gürcüstan iqtisadiyyatının sabit böyüməsi banklar və onların müştəriləri üçün valyuta, faiz və likvidlik risklərinin effektiv idarə olunmasını daha da aktual edib. Bu, ölkənin daha çox birbaşa xarici investisiya və kapital bazarına maliyyə axınları cəlb etməyi hədəflədiyi bir fonda xüsusilə vacibdir.

“Bu təşəbbüs sadəcə bir proqram təminatı layihəsi deyil, bank sisteminin böyük bir hissəsində ümumi standartların yaradılmasına yönəlmiş bazar inkişafı layihəsidir. Banklar ümumi standartlarla və daha çox avtomatlaşdırılmış proseslərlə işlədikdə, məlumatlar daha etibarlı olur. Daha yaxşı informasiya Milli Banka potensial konsentrasiyaları və ya stres nöqtələrini erkən mərhələdə müəyyənləşdirməyə və daha dolğun məlumatlardan istifadə edərək müvafiq qaydada reaksiya verməyə imkan yaradacaq”, – Natia Turnava “The Banker” nəşrinə müsahibəsində qeyd edib.

Bank sektorunun növbəti böyüməsinə töhfə vermək üçün zəruri olan etibarlı və beynəlxalq səviyyəli infrastrukturu təmin edən “Nasdaq Calypso” ortaq platforması, Gürcüstan Milli Bankının dəstəyi və Gürcüstan Maliyyə Bazarlarının Xəzinədarlıqları Assosiasiyasının himayəsi ilə tətbiq olunacaq. Qeyd olunan təşəbbüs “Gürcüstan Maliyyə Bazarlarının İnkişafı Proqramı” (GMAP) çərçivəsində həyata keçirilir.

Oxşar