Natia Turnava - Çin bank sektoru ilə uğurlu əməkdaşlıq əhalimizə müxtəlif maliyyə məhsulu və ya təklifinə çıxış imkanı verəcək
Natia Turnava - Çin bank sektoru ilə uğurlu əməkdaşlıq əhalimizə müxtəlif maliyyə məhsulu və ya təklifinə çıxış imkanı verəcək

Gürcü bank sektoru üçün Çin kimi böyük maliyyə bazarına çıxış əldə etmək, əməliyyatların əhatə dairəsini genişləndirmək və Çin bankları ilə müxbir əlaqəsini gücləndirmək üçün qeyri-adi bir fürsətdir, – bu barədə Gürcüstan Milli Bankının prezidenti Natia Turnava Çinə rəsmi səfəri çərçivəsində keçirdiyi görüşləri başa vurduqdan sonra bildirib.

“Bu, bizim maliyyə sektorumuzun daha da şaxələndirilməsi və istifadəçinin müxtəlif maliyyə məhsuluna və təklifinə daha çox çıxış əldə etməsi üçün bir fürsətdir”, – Natia Turnava qeyd edib.