Natia Turnava Avropa Yenidənqurma və İnkişaf Bankının üzv ölkələr qrupunun direktoru Tamaş Vojnits ilə görüşüb
Gürcüstan Milli Bankının prezidenti Natia Turnava Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) üzv ölkələr qrupunun (Xorvatiya, Çexiya, Macarıstan, Slovakiya Respublikası və Gürcüstan) direktoru Tamaş Vojnits ilə tanışlıq görüşü keçirib.
Milli Bankın məlumatına görə, görüşdə Gürcüstan Milli Bankı ilə AYİB arasında çoxillik əməkdaşlıq məsələləri müzakirə olunub. Həmçinin, Gürcüstanın maliyyə sektorunun inkişafında AYİB-in rolu vurğulanıb.
“Natia Turnava AYİB-in maliyyə və kapital bazarlarının inkişafında göstərdiyi yardıma diqqət çəkib və qeyd edib ki, Milli Bank AYİB-in ölkənin mərkəzi bankına dəstək istiqamətində təşəbbüslərini qiymətləndirir və təqdir edir”, – Milli Bankda bildirirlər.