Natia Turnava Avropa İqtisadi İnteqrasiyası üzrə Beynəlxalq Konfransda iştirak edir
Natia Turnava Avropa İqtisadi İnteqrasiyası üzrə Beynəlxalq Konfransda iştirak edir

Gürcüstan Milli Bankının prezidenti vəzifəsini icra edən Natia Turnava Avstriya Mərkəzi Bankı tərəfindən təşkil olunan və Avropa iqtisadi inteqrasiyasının mühüm məsələlərinin müzakirəsinə həsr olunmuş illik beynəlxalq konfransda iştirak edir.

Natia Turnava panel müzakirədə iştirak edəcək, müzakirə mövzusu Gürcüstanın Avropa İttifaqına inteqrasiyası ilə bağlı irəliləyişləri və problemləri olacaq.

Avropa İqtisadi İnteqrasiyası üzrə konfransında(CEEI)Avropa mərkəzi banklarının rəhbərləri, beynəlxalq maliyyə təşkilatlarının və elmi dairələrin yüksək səviyyəli nümayəndələri iştirak edirlər.

GMB-nın prezident səlahiyyətini icra edən Vyanaya səfəri zamanı həmçinin, Avstriya Mərkəzi Bankının prezidenti Robert Holtsmann ilə görüşəcək.