Natalia Kordzaia Gürcüstanın Meksika Birləşmiş Ştatlarındakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib
Natalia Kordzaia Gürcüstanın Meksika Birləşmiş Ştatlarındakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Bu barədə məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayır.
Xarici işlər idarəsinin məlumatına görə, Natalia Kordzaia Xarici İşlər Nazirliyinin mərkəzi aparatında və Gürcüstanın diplomatik nümayəndəliklərində çoxillik iş təcrübəsinə malikdir.
“O, İsrail Dövlətində, Kanadada və İtaliyada konsul olub. Həmçinin müxtəlif vaxtlarda Xarici İşlər və Ədliyyə nazirliklərində şöbə müdiri vəzifəsində çalışıb.
2023-cü ildən bəri Milanda Gürcüstanın baş konsuludur”, – məlumatda deyilib.