Narendra Modi Ukraynada müharibəni dayandırmaq çağırışı ilə çıxış edib
Hindistanın Baş naziri Narendra Modi Ukraynada müharibəni dayandırmaq çağırışı ilə çıxış edib. Bu barədə Hindistan hökumətinin başçısı “Şanxay Əməkdaşlıq Təşkilatı”nın sammitində Rusiya Prezidenti Vladimir Putinlə görüşündə bildirib.
“Müharibənin davam etdiyi hər gün bəşəriyyət mahiyyətcə bir addım geriyə atır. Bununla bərabər, sülhə doğru atılan hər bir addım bütün bəşəriyyətə real sülh ümidi verir.
Biz bitmək bilməyən müharibədən müharibənin, hərbi əməliyyatların dayandırılmasına keçməliyik. Biz bu istiqamətdə irəliləməliyik; bu, bütün bəşəriyyət üçün həyati əhəmiyyət kəsb edir”, – Hindistanın Baş naziri bildirib.