Nanuka Jorjoliani – Qadınların gücü, “Mən Gürcüstanı Sevirəm” kampaniyasını açıq elan edirəm
Nanuka Jorjoliani “Qadınların gücü” kampaniyasına başlayıb və bu gün ilk görüşünü keçirib. Nanuka Jorjolianinin sosial şəbəkədə yazdığı kimi, bu ölkəni sevən hər kəs bu kampaniyanın bir parçasıdır.
“Qadınların gücü. “Mən Gürcüstanı sevirəm“ kampaniyasını açıq elan edirəm. Bu ölkəni sevən hər biriniz bu kampaniyanın bir parçasısınız”, – deyə Nanuka Jorjoliani yazır və görüşü əks etdirən fotoları paylaşır.
Nanuka Jorjolianinin ilk görüşündə həm jurnalistlər, həm də “Milli Hərəkat” partiyasının üzvü qadınlar – Eka Xerxeulidze, Sevdia Uqrexelidze, Ana Tsitlidze, Ana Nadareişvili, Eka Mişveladze, Tea Adeişvili, Nino Daraseli və başqaları iştirak ediblər.