Naməlum şəxslər Polşa prezidenti Karol Navrotskinin ofisinin kassasından 141 min ABŞ dolları oğurlayıblar
Naməlum şəxslər Polşa Prezidenti Karol Navrotskinin ofisinin kassasından 141.000 ABŞ dolları (500.000-dən çox Polşa zlotu) oğurlayıblar. Bu barədə Polşa mediası məlumat yayır.
Onların məlumatına görə, oğurluqda prezident administrasiyasının bir neçə əməkdaşı iştirak etmiş ola bilər.
“İş üzrə ilk şahidlər artıq dindirilib. Zərərin ümumi məbləği və zərərçəkənlərin sayı müəyyən edilir”, – Varşava Rayon Prokurorluğunun sözçüsü Antoni Skiba bildirib.