Naməlum dronun aşkarlanması səbəbindən Berlin-Brandenburq Beynəlxalq Hava Limanında fəaliyyət müvəqqəti dayandırılıb
Naməlum dronun aşkarlanması səbəbindən Berlin-Brandenburq Beynəlxalq Hava Limanında fəaliyyət müvəqqəti dayandırılıb

Berlin-Brandenburq Beynəlxalq Hava Limanı naməlum Naməlum dronun aşkarlanması səbəbindən fəaliyyətini müvəqqəti dayandırıb. Bu barədə “Deutsche Welle”məlumat yayır.

Hava limanının mətbuat xidmətinin məlumatına görə, aviareyslər təxminən iki saat ərzində, yerli vaxtla saat 20:08-dən 21:58-dək dayandırılıb.

Brandenburq polisinin məlumatına görə, dron hava limanı yaxınlığında saat 20:00-da görünüb. Polis pilotun yerini müəyyən edə bilməyib.

Medianın yazdığına görə, son dövrdə Avropanın böyük şəhərlərinin hava limanlarının yaxınlığında dronların aşkarlanması artıb, bu isə təhlükəsizlik risklərini yüksəldib.