Nakerala dağ keçidi və Saçxere (Sareki)-Uzunta-Şkmeri-Zudali yolunda avtonəqliyyatın hərəkəti qadağandır
Nakerala dağ keçidi və Saçxere (Sareki)-Uzunta-Şkmeri-Zudali yolunda avtonəqliyyatın hərəkəti qadağandır

Daxili dövlət əhəmiyyətli Kutaisi (Motsameta)-Tğibuli-Ambrolauri avtomobil yolunun 39km-72km (Nakerala dağ keçidi) hissəsində bütün növ avtonəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb, – bu barədə İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatında deyilib.

Qurumun məlumatına görə, məhdudiyyətin səbəbi qar uçqunu təhlükəsi olub.

Bununla yanaşı, çətin meteoroloji şəraitləri ilə əlaqədar (intensiv qar, qar fırtınası) daxili dövlət əhəmiyyətli Saçxərə (Sareki)-Uzunta-Şkmeri-Zudali avtomobil yolunda bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.