Nadzaladevi rayonunun icra başçısı - Nadzaladevi rayonunda bir neçə yerdə istinad divarı uçub, biz dərhal reaksiya verdik, heç kim küçədə qalmayacaq
Güclü yağıntı Nadzaladevi rayonunda da problemlər yaradıb.
Nadzaladevi rayonunun icra başçısı İrakli Andğuladzenin bildirdiyinə görə, bir neçə yerdə istinad divarı uçub.
İrakli Andğuladzenin dediyinə görə, pis hava şəraitindən təsirlənən hər kəsə müvafiq yardım göstərilib.
“Dünən güclü yağıntı olub və Nadzaladevi rayonu da qar altında qaldı. Hazırda Quramişvili prospektində, istinad divarının uçduğu N3 ünvandayıq. Xoşbəxtlikdən, heç kim xəsarət almayıb. Majoritar deputat Şalva Maisuradze də daxil olmaqla, hamı dərhal və operativ şəkildə hadisə yerində olub. Elə həmin gün 12 ailəni mehmanxanaya apardıq və mənzillər tapıldıqdan sonra, onları kirayəyə köçürtməliyik. Nadzaladevi rayonunda istinad divarı bir neçə yerdə – Leçxumi, Quram Asatiani, Sanergi küçələrində və şəxsi evlərin yaxınlığında yerləşən küçələrdə uçdu. Orada dərhal təmizləndi, heç kim nəzarətsiz qalmadı. Hər kəsə diqqət yetirdik və onları yerləşdirdik. Qeyd etmək istəyirəm ki, heç kim küçədə qalmayacaq. Proqramımızda nəzərdə tutulmuş bütün istiqamətləri təmin edirik. Həmçinin, qeyd etmək istəyirəm ki, Quramişvili No3 ünvanında bina qəzalı vəziyyətdədir və “Ev sahibləri birliyi” investorla əvəzləmə məsələsini müzakirə edir. Ümid edirəm ki, hər şey yaxşı bitəcək və bütün əhali təxliyə olunacaq. Biz qəzalı vəziyyətdə olan mənzillərdə yaşayan bütün sakinlərə təxliyə üçün 1000 lari məbləğində kirayə haqqı təklif edirik. Bizim prioritetimiz vətəndaşların təhlükəsiz yaşamasıdır. Həmçinin, Meriyanın İnkişaf Fondunda əvəzləmə proqramı var ki, bunun vasitəsilə biz yaşıl karkasdan kvadrat metri hesablanmış mənzilləri təklif edirik, lakin, hazırda bu yer üçün investor seçilib və onlar onunla tikinti ilə bağlı məsələlər barədə danışırlar”, – deyə İrakli Andğuladze bildirib.