Nadzaladevi rayonunda tikilən binadan iki nəfər düşdü
Nadzaladevi rayonunda tikilən binadan iki nəfər düşdü

Tbilisidə, Nadzaladevi rayonunda, tikilən binadan iki nəfər düşdü.

Düşənlərdən biri həyatını itirdi, digəri isə, xəstəxanadadır.

Daxili İşlər Nazirliyi baş verənlə bağlı 240-cı maddə ilə istintaq başlatdı.

Qeyd olunan maddə inşaat işlərinin aparıldığı zaman, təhlükəsizlik normasının qorunmaması nəticəsində insan həyatına təhlükə yaratmağı nəzərdə tutur.