Nadzaladevi rayonuna daha bir istirahət məkanı əlavə olunub
Nadzaladevi rayonuna daha bir istirahət məkanı əlavə olunub

Zğvisubani yaşayış məntəqəsində daha bir park abadlaşdırılıb. İstirahət məkanını Tbilisi merinin müavini Kaxaber Quledani və Nadzaladevi rayonunun qubernatoru İrakli Andğuladze yerli əhali ilə birlikdə açıblar.

“Zğvisubani yaşayış məntəqəsində daha bir istirahət məkanı abadlaşdırılıb. Amortizasiya olunmuş park bütün nəsildən olan insan üçün nəzərdə tutulmuş yeni tipli çoxfunksiyalı məkanla əvəz edilib. Gələcəkdə də oxşar layihələri həyata keçirməyə davam edəcəyik”, – deyə İrakli Andğuladze qeyd edib.

Layihə çərçivəsində 2400 kvadratmetr sahədə infrastruktur və abadlıq işləri aparılıb: uşaq əyləncə attraksionları, trenajorlar, basketbol meydançası, tennis masası və video monitorinqkameraları quraşdırılıb; Sulanma sistemi, çöl işıqlandırma şəbəkəsi, istirahət məkanları, piyada yolları və xüsusi qayğıya ehtiyacı olan insanlar üçün uyğunlaşdırılmış pilləkənlər təşkil edilib; Müxtəlif növ ağac və bitkilər əkilib.

11-ci mikrorayon 2-ci kvartal 24-25-26 saylı binaların yaxınlığında yerləşən parkın reabilitasiyası və abadlaşdırılması üçün Nadzaladevi rayonunun icra hakimiyyətinin büdcəsindən 793 min lari xərclənib.