Myanmarda zəlzələ nəticəsində həlak olanların sayı 2056-ya çatıb, xəsarət alanların sayı 3900-ü ötüb

18:09, 31.03.2025

Myanmarda zəlzələ nəticəsində həlak olanların sayı 2056-ya çatıb, xəsarət alanların sayı 3900-ü ötüb. Hazırda 270 nəfər itkin düşmüş hesab olunur.

Fəlakətin nəticələrinin aradan qaldırılması işlərinə müxtəlif ölkələrdən xilasetmə qrupları cəlb olunub.

Ölkənin altı bölgəsində fövqəladə vəziyyət qüvvədədir.

Təbii fəlakət qonşu Taylandda da 19 insanın həyatına son qoyub.

Martın 28-də Myanmarda 7,7 bal gücündə zəlzələ qeydə alınıb.

Oxşar