Myanmada zəlzələ nəticəsində həlak olanların sayı 1640 nəfəri ötüb

19:50, 29.03.2025

Myanmada zəlzələ nəticəsində həlak olanların sayı 1640-ı ötüb, 3400-dən çox insan xəsarət alıb, 139 vətəndaş itkin düşmüş hesab edilir.

Yenilənmiş məlumatları ölkənin hərbi rəhbərliyi yayır.

Myanmanın ikinci böyük şəhəri, zəlzələnin episentrinə ən yaxın olan Mandalayda 1500-dən çox yaşayış evi dağılıb və ya zədələnib.

Təbii fəlakət zonasında körpülər və yollar dağılıb.

Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.

Zəlzələnin episentri ölkənin ikinci böyük şəhəri Mandalaydan 17 kilometr aralıda yerləşirdi.

Myanmada 7,7 və 6,4 bal gücündə zəlzələ martın 28-də baş verib. Təkanlar Tailandda və Çinin cənub-qərbindəki Yunnan əyalətində də hiss olunurdu.

Zəlzələ nəticəsində Tailandın paytaxtı Banqkokda tikilməkdə olan göydələn uçub. Hazırda hadisə yerində xilasetmə əməliyyatı aparılır. Ən azı 50 işçinin dağıntılar altında qaldığı güman edilir.

Oxşar