Myanmada baş verən zəlzələ nəticəsində Banqkokda tikilməkdə olan 43 mərtəbəli bina uçub, dağıntılar altından yeddi nəfər xilas ola bilib, 40-dan çox insan itkin düşmüş hesab edilir

15:25, 28.03.2025

Myanmada 7.7 bal gücündə baş verən zəlzələ nəticəsində, Qonşu Taylandda, konkret olaraq Banqkokda tikilməkdə olan 43 mərtəbəli bina uçub. Yeddi işçi dağıntılar altından xilas ola bilib, lakin hazırda 40-dan çox insan itkin düşmüş hesab edilir.

“BBC”nin yazdığına görə, qısa müddət sonra Myanmada 6,4 bal gücündə ikinci zəlzələ baş verib, lakin dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur.

Mövcud məlumata görə, ölkədə 2021-ci ildə baş verən hərbi çevrilişdən sonra media vasitələrini əsasən dövlət nəzarət edir və internetdən istifadə də məhdudlaşdırılıb, rabitə xətləri kəsilib.

Oxşar