Myanmada 7,7 bal gücündə zəlzələ baş verib, güclü təkanlar Banqkokda da hiss olunurdu

12:35, 28.03.2025

Myanmada 7,7 bal gücündə zəlzələ baş verib. Güclü təkanlar Tailandın paytaxtı Banqkokda da hiss olunurdu.

ABŞ Geoloji Xidmətinin bildirdiyinə görə, zəlzələnin 7,7 bal gücündə olub və ardınca güclü təkanlar olub.

Zəlzələnin episentri 1,2 milyon əhalisi olan Mandalay şəhərindən təxminən 17 kilometr aralıda olub.

Zəlzələ Tailanddan başqa, Çinin cənub-qərbindəki Yunnan əyalətində də hiss olunurdu.

Pekin Zəlzələ İdarəsi zəlzələnin 7,9 bal gücündə olduğunu deyib.

Sosial şəbəkədə dağılmış binaların fotoları yayılıb, hərçənd lakin dağıntılar və xəsarət alanlar barədə rəsmi məlumat yayılmayıb.

Oxşar