Myanmada 5,1 bal gücündə daha bir zəlzələ baş verib
Myanmada 5,1 bal gücündə daha bir zəlzələ baş verib. Yerlilərin bildirdiyinə görə, bu, martın 28-də baş vermiş böyük zəlzələdən sonra ən güclü zəlzələlərdən biri olub.
Myanmanın hərbi rəhbərliyi bildirir ki, təbii fəlakədə ümumilikdə 1700-ə yaxın insan həlak olub, 3400-ə yaxın insan yaralanıb, 300-ə qədər insan hələ də itkin düşmüş hesab olunur.
Myanmada bildirirlər ki, qurbanın sayı arta bilər.
Xilasetmə əməliyyatı çərçivəsində Mandalay şəhərində çoxmərtəbəli binada 29 nəfər xilas edilib. Xilasedicilər insanları dağılmış mehmanxanaların, məktəblərin, məscidlərin, monastırların və evlərin ərazilərində axtarırlar.